Tibbi Nümayəndə

İşin təsviri

Tibbi Nümayəndə Axtarırıq!

Tibbi sahədə inkişaf etmək, peşəkar mühitdə təcrübə qazanmaq və kariyeranda irəliləmək istəyirsənsə – komandamıza sən lazımsan!

Tələblər:

  • Tibbi sahə üzrə baza bilikləri və bu istiqamətdə öyrənməyə maraq
  • Ünsiyyət qurma, məlumatı dəqiq və inandırıcı təqdim etmə bacarığı
  • Fikirlərini aydın ifadə etmək və həkimlərlə düzgün əməkdaşlıq münasibəti qurmaq
  • Aktiv, məsuliyyətli, nəticəyə fokuslanan iş yanaşması
  • Planlama, vaxtın idarə olunması və müstəqil qərar vermə bacarığı
  • Komandada işləmək və şirkəti layiqincə təmsil etmək qabiliyyəti

Vəzifələr:

  • Həkimlərlə peşəkar əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirmək
  • Şirkətin məhsullarını düzgün, detallı və inandırıcı şəkildə təqdim etmək
  • Tibbi məhsullar barədə həkimlərə aktual və dəqiq məlumat çatdırmaq
  • Gündəlik və həftəlik fəaliyyət planlarını həyata keçirmək
  • Görülən işlərlə bağlı hesabatlar hazırlamaq və nəticələri analiz etmək
  • Bazarın tələblərini izləmək, rəqib məhsulları analiz etmək və şirkətə geribildirim vermək

Təklif edirik:

  • Stabil əməkhaqqı + motivasiyaedici bonus sistemi
  • Peşəkar təlimlər və inkişaf proqramları
  • Gənc, dəstəkləyici və motivasiyaedici komanda mühiti

CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.