Energetika bölməsinin rəhbəri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müxtəlif güclü yarım stansiyaların layihələndirilməsini təşkil etmək;
  • Elektrik generatorlarının, alternativ enerji qurğularının istismarı və texniki xidmətinə nəzarət etmək;
  • Elektrik dövriyyəsinin hesablanmasını həyata keçirtmək;
  • Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işlərini həyata keçirtmək;
  • Müvafiq dövlət orqanları (qurumları) ilə müvafiq layihələrin razılaşdırılması və təsdiqi istiqamətində tədbirlər görülməsində iştirak etmək;
  • Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alaraq, smetaların hesablanmasını təşkil etmək;
  • Mövcud olan elektrik dövriyyəsinə uyğun alınmış yarım stansiyaların istismarı və texniki xidməti istiqamətində tədbirlər görmək;
  • Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi istiqamətində tədbirlər görmək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə 5 illik iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan dili;
  • MS Office üzrə biliklər;
  • AUTO Cad/PLC proqramlaşdırma

Digər məlumatlar:

İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Energetika bölməsinin rəhbəri” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə  [email protected]   elekton poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır