Nəqliyyat üzrə əlaqələndirici

İşin təsviri

Avropa Azərbaycan Məktəbi

Nəqliyyat üzrə əlaqələndirici vəzifəsinə boş olan yer üzrə müsabiqə elan edir.

Əsas vəzifə və öhdəliklərə aşağıdakılar daxildir:
• Məktəbin nəqliyyat departamentinin işləri üzrə gündəlik əməliyyatların həyata keçirilməsi
• Məktəbin 10 nəfərdən ibarət nəqliyyat departamentinin işinin əlaqələndirilməsi
• Məktəbin 300 nəfərdən artıq şagird kontingenti üçün təşkil etdiyi avtobusların (School buses)  daşınma xidmətinin əlaqələndirilməsi
• Məktəbin öz şagirdlərinə göstərdiyi avtobusla daşınma xidməti üzrə daşınma cədvəllərinin peşəkarca tərtib edilməsi və əlaqələndirilməsi
• Məktəbin ümumi avtobus xidmətinin və şagird daşınma xidmətində təhlükəsizliyin ən yüksək səviyyədə təşkili
• Məktəb avtobuslarının işlək vəziyyətdə olmasına, sürücülər tərəfindən təhlükəsizlik qaydalarına maksimum əməl edilməsinə nəzarət
• Sürücülərin işinin monitorinqi və gündəlik tapşırıqların yerinə yetirilməsinin qiymətləndirilməsi
• Məktəb rəhbərliyinə işin gedişi barədə həftəlik və aylıq hesabat vermək

Müsabiqədə iştirak üçün namizədlərdən aşağıdakılar tələb olunur:

• Azı üç illik müvafiq iş təcrübəsi
• Bakı şəhərini küçə adları ilə birlikdə yaxşı tanımaq
• Məktəb şagirdlərinin daşınması üzrə cədvəllərinin peşəkarca tərtibi, tətbiqi və əlaqələndirilməsi bacarığı
• Təhlükəsizliyin təmini məqsədilə bütün təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etmə istəyi və əzmi
• Beynəlxalq sərnişindaşıma standartlarını bilən və beynəlxalq təşkilatlarla müvafiq iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
• Kompüter biliyi
• İngilis və rus dillərini orta səviyyədə bilmə

Namizədlərdən tələb olunan əlavə keyfiyyətlər:

• Başqalarına fikrini aydın çatdırmaq məqsədilə, yazılı və şifahi nitq qabiliyyəti
• Problem həll etmə bacarığı
• Təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı
• Təşkilatçılıq və planlaşdırma bacarığı
• Qoyulan vaxta əməl etmə, verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
• Həm müstəqil, həm də komanda üzvü kimi işləmə qabiliyyəti


Əmək haqqı 1000 manatdır.

Müsabiqəyə yalnız yuxarıdakı meyarlara uyğun namizədlər dəvət olunacaq.
 
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilər.
             

Sənədlər 15 dekabr 2012-ci il tarixədək qəbul ediləcəkdir.

 

İşəgötürənin reytinqi