Satış və Biznesin inkişafı üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • İş rejimi: həftənin 6 günü, saat 10:00-dan 19:00-dək
  • Əmək haqqı: sabit əmək haqqı + bonus
  • Satış və biznes inkişafı sahəsində minimum 3 il iş təcrübəsi
  • Yüksək satış və ya çarpaz satış yolu ilə mənfəəti artırmaq üçün satış komandası ilə əməkdaşlıq
  • Əlaqələri genişləndirmək və yeni müştəri cəlb etmək
  • Tələblərin toplanması, məlumatların analizi və ya proqram təminatı sahəsində təcrübə
  • Güclü təhlil və araşdırma bacarığı
  • Araşdırma, analiz və təqdimat bacarığının olması
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti
  • Komandada və fərdi şəkildə işləmək bacarığı
  • Daxili hesabatların hazırlanması və təqdim olunması
  • Şirkətin prosedurlarına uyğun olaraq rəhbərlik tərəfindən tələb olunan gündəlik hesabatları vaxtında hazırlamaq
  • Müştəri ilə əlaqələrin yüksək səviyyədə təşkili
  • İngilis və Rus dilləri arzu olunandır
  • Ünsiyyətcil, gülərüz
  • Azərbaycan dilində fikrini rahat ifadə etmə bacarığı (rus dili biliyi olanlara üstünlük verilir)
  • Şirkətin satış həcminin artırılmasına dəstək
  • Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyət qurma bacarığı olan kişi namizədlər müraciət edə bilər

Namizədə tələblər:

  • Şirkətin satış planının icrasını həyata keçirmək
  • Gündəlik daxili hesabatları yoxlamaq
  • Bazara nüfuz və müqayisə etmə fəaliyyəti
  • Mütəmadi, yerli və xarici bazarın monitorinqini həyata keçirtmək, rəqiblərin qiymət və marketinq təkliflərini araşdırmaq
  • Müxtəlif istiqamətlərdə yeni partnyorların araşdırılması və danışıqların aparılması
  • Daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək
  • Korporativ satış ilə bağlı bazar araşdırılmalarının aparılması
  • Qoyulmuş hədəflərə əsasən xidmətlərinin satışı müştəri portfelinin böyüdülməsi
  • Problemli vəziyyətlərdən düzgün çıxış yolların tapılması
  • Müştərilərlə sıx əlaqədə olmaq, onlara zəng və ya email vasitəsi ilə əlaqənin qurulması
  • Müştərilərin qorunub saxlanılması təşəbbüslərinin hazırlanması
  • Müştəri rəylərinə əsaslanaraq yeni təkliflərin hazırlanması
  • Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
  • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması.

Zəhmət olmasa CV-lərinizi aşağıda qeyd edilən [email protected] e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Satış və Biznesin inkişafı”  qeyd etməyi unutmayın.