Daxili Logistika Koordinatoru

  • Santral
  • Elanın qoyulma tarixi: 25.11.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət – “Santral elektrik” MMC
Vəzifə - Daxili Logistika Koordinatoru
İşin təsviri:

- Maddi-əmtəə qiymətlilərinin qəbulu, saxlanması və buraxılması, anbar sahəsindən səmərəli istifadə etməklə onların yerləşdirilməsi, zəruri materialların, inventarın və s. tez və asanlıqla axtarılmasını həyata keçirmək;
- Anbardakı maddi-əmtəə qiymətlilərinin qorunmasını saxlanma qaydalarına uyğun təmin etmək;
- Qəbul-təhvil sənədlərinin tərtib edilməsi və təhvil verilməsi qaydalarına əməl olunmasını, müəyyən edilmiş hesabatlılığı təmin etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
- Maddi-əmtəə qiymətlilərinin inventarizasiyasında iştirak etmək;
- Xüsusi proqram təminatının köməkliyi ilə anbardakı əməliyyatların sənəd üzərində və elektron formada uçotunu aparmaq;
- Sifarişlər əsasında maddi-əmtəə qiymətliləri partiyalarını komplektləşdirmək, yeni və çatışmayan malların sifarişini tərtib etmək;
- Yararsız avadanlıqlar, cihazlar və s. siyahılarını, onların təmiri və silinməsi, eləcə də materialların əskik gəlməsi və xarab olması aktalarını tərtib etmək;
- Maddi-əmtəə qiymətlilərinin daşınması vasitələrinin texniki sazlığını təmin etmək, onların mütəmadı olaraq yanacaq, ehtiyat hissələri ilə təmin etmək, onların təmizliyinə nəzarət etmək;
- Anbar sahəsinin təmizlənməsini təşkil və nəzarət etmək;

Kandidata olan tələblər

- Ali təhsil;
- Logistika mütəxəssisi kimi  1 il iş təcrübəsi;
- Kompüterdən istifadə bacarıqları;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı.

İş şərtləri

- Başlanğıc əmək haqqı  500 AZN + nahar şirkət hesabına
- 6 günlük iş rejimi (9.00-18.00), 6-cı gün (9.00-15.00)
- Maraqlanan şəxslərdən, CV-lərini [email protected] -mail ünvanına göndərmələri xahiş olunur.CV-lərin son qəbul tarixi: 27.12.2012