Didici-çırpıcı sahə ustası (İstehsalatda)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Növbə üzrə müəyyən avadanlıqların, daraq maşınlarının, press maşınlarının təmizliyinə və işlək vəziyyətdə olmağına nəzarət edir;
  • İstehsalın gedişində qarşıya çıxan xətaları növbə rəisinə məlumat verir və ya aradan qaldırır;
  • Təhvil-təslim zamanı bütün avadanlıqların işlək və saz vəziyyətdə olmasına diqqət yetirir;
  • Növbə ərzində baş verə biləcək qüsur və qəzalar haqqında dərhal rəhbərliyə məlumat verir;
  • Daxili intizam, Əməyin mühafizəsi,yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;

Tələblər:

  • Ali və ya peşə təhsili 
  • İstehsalatda ən az 2-3 illik təcrübə

Səriştələr:

  • Məsuliyyətli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı 650 AZN (gross)-dən başlayaraq
  • İş qrafiki: Dəyişkən növbəli
  • İş yeri: Bakı şəhəri, MKT İK MMC – Tekstil idarəsi
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Didici-çırpıcı sahə ustası” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

 

 

Email: