Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 22.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

Namizədə dair tələblər: 

  • Maliyyə və ya İqtisadiyyat sahəsində ali magistr təhsili;
  • Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə və biliklər;
  • Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
  • MS Office proqramlarından (xüsusilə MS Excel, Power Point) təkmil istifadə bacarığı (1C üzrə biliklər üstünlükdür);
  • Səlis Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Bank təcrübəsi və beynəlxalq maliyyə ixtisaslaşması (məs. ACCA, CIMA) olan namizədlərə üstünlük veriləcəkdir.

İşin təsviri:

  • Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq;
  • Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil edilməsi, icmallaşdırılması və illik icmal büdcənin hazırlanmasında iştirak;
  • Bank üzrə ümumi xərclərə nəzarət etmək və bununla əlaqədar rəhbərlik üçün lazımı hesabatlar hazırlamaq;
  • Hər bir hesabat dövrünün sonunda büdcə məlumatlarını faktiki göstəricilərlə müqayisə etmək və kənarlaşmaların səbəblərini aydınlaşdıraraq məruzə etmək;
  • Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət;
  • İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri: 

E - mail: [email protected] 

Telefon:  (012) 404 43 39

Faks:  (012) 404 43 34 

İşəgötürənin reytinqi