Mühasib

İşin təsviri

İş barədə məlumat:

  • Elektron qaimələrin yazılması, təhvil - təslim aktları hazırlanılması;
  • E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı; 
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması;
  • Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;
  • Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
  • Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
  • Əmək haqqı, məzuniyyətlərin hesablanması;
  • Gördüyü işlərlə bağlı gündəlik və aylıq, illik hesabatlar tərtib etmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: Bazar ertəsi – Şənbə, 09:00-dan 18:00-dək;
  • İstirahət: Bazar günləri;
  • Əmək haqqı – 400-700 AZN;

Tələblər:

  • Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi; 
  • Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində  biliklərə sahib olmalıdır;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Əlaqə: 070-611-77-51 Nicat Məhmərzayev