Baş mühasib

İşin təsviri

Namizədə tələblər:

  • Ali  təhsil (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
  • Göstərilən sahə üzrə ən azı 5 il mühasibatlıq sahəsində iş təcrübəsi olan şəxs
  • Məsuliyyətli və işində dəqiq
  • Komandada işləmək bacarığı 
  • MS Office və 1C 8.3 proqramlarında mükəmməl işləmək bacarığı
  • Vergi Məcəlləsini bilməli
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli 
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli 
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
  • Azərbaycan dili, Rus dili,  İngilis  dili biliyi

İş barədə məlumat:

  • Maliyyə hesabatlarının tərtib edilməsi;
  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi. 
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil edir
  • Aylıq və rüblük hesabatların tərtib edilməsi
  • Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması; 
  • Balans, avans hesabatının aparılmasını təmin etmək;
  • Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
  • Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək. 
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi; 
  • İş vaxtı: 09:00 – 18:00;
  • AR əmək qanunvericiliyinə əsasən kadr sənədləşməsi
  • Əmək haqqı: başlanğıc – 1500 AZN

Xahiş olunur  namizədlər CV-sini  “Baş mühasib” başlığı ilə e-mail ünvanına göndərsinlər. 

Financial Chain Corporation LLC tərəfindən digər vakansiyalar