UI/UX Designer (Təcrübəçi)

  • TIM Group
  • Elanın qoyulma tarixi: 16.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Veb, Mobil tətbiq dizaynlarının və mock-upların hazırlanması;
  • Tapşırıqların təhlilində iştirak və istifadəçi ssenarilərinin hazırlanması;
  • Dizayn və interfeyslərin inkişafı və tətbiqi dizayn - prototiplər də daxil olmaqla, hazır göstərilən interfeys elementlərinə qədər hazırlanması;
  • İnterfeys üslubu təlimatının (UI/UX təlimatı) inkişaf etdirilməsi və saxlanması;
  • Müştəri şərhləri əsasında, biznes növünə uyğun olaraq, interfeyslərin hazırlanması;
  • Layihələrin həyata keçirilməsi zamanı insan – kompyüter qarşılıqlı əlaqəsini nəzərə almaq;
  • Proqram təminatlarının, tətbiqetmələrin hazır interfeyslərini test etmək və müştərilər ilə müştərək şəkildə düzəlişlər etmək.

Vakansiya üzrə tələblər:

  • Komanda ilə qarşılıqlı əlaqə qurma və vəzifələrin effektiv yerinə yetirilməsi üçün güclü ünsiyyət bacarıqlarının olması;
  • Figma, Adobe Photoshop, Illustrator bilikləri;
  • Web səhifələrinin dizayn xüsusiyyətlərini bilmək və veb üçün qrafiklərin optimallaşdırılması;
  • Detallara fikir vermə bacarığı və öz fikirlərin mövcudluğu;
  • Mobil cihazlara adaptasiya etmə;
  • İnterfeys tətbiqinin reallaşdırılmasının keyfiyyətinə nəzarət.

Başlıqda "UI/UX Dizayner Təcrübəçi" qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Müraciətlər tələblərə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.