Bank sistemlərinin təhlükəsizliyi şöbəsinin rəisi

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 15.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bank Sistemlərinin Təhlükəsizliyi şöbəsinin əməliyyat planının icra olunmasını və şöbənin fəaliyyətinin Bankdaxili qaydalara uyğun aparılmasını təmin etmək;
  • İnformasiya təhlükəsizliyi üzrə yoxlamaların təşkil olunması üzrə təkliflərin verilməsi;
  • İnformasiya təhlükəsizliyi üzrə risk və boşluqların aşkar olunması, aradan qaldırılması üzrə tövsiyələrin verilməsi və icra statusların izlənməsi;
  • Görülən işlər üzrə hesabatların hazırlanması;
  • İnformasiya təhlükəsizliyi üzrə monitorinq tədbirlərin təşkil olunması;
  • İnformasiya təhlükəsizliyi insidentlərin idarəolunması prosesinin təşkil olunması;
  • İnformasiya təhlükəsizliyi sistemlərinin effektiv fəaliyyətini təmin etmək, onların təkmilləşdirilməsi və inkişafına dair təkliflər vermək;
  • Bank Sistemlərinin Təhlükəsizliyi şöbəsinin departamentinin əməkdaşlarının fəaliyyətinə nəzarət etmək;
  • İnformasiya təhlükəsizliyi sahəsində aidiyyəti strukturların fəaliyyətinə nəzarət etmək;
  • İşçilər tərəfindən İT sahəsində Bankda təhlükə yarada biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlərin icra etmək;
  • Bank proqramlarının təhlükəsizliyinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
  • Rəhbər vəzifəsində minimum 1 il iş stajına malik olmaq;
  • Sahə üzrə iş stajı minimum 3 il  iş stajına malik olmaq;
  • Sahə üzrə beynəlxalq sertifikatlara malik olmaq;
  • Qərar vermə və problem həlletmə qabiliyyəti;
  • Azərbaycan dilini səlis, ingilis dilinin yüksək səviyyədə bilmək.
  • IBM QRadar üzrə dərin biliklər;
  • Müxtəlif əməliyyat sistemləri üzrə dərin biliklər (Windows 10, Windows Server, Unix/Linux) ; 
  • Kompüter şəbəkələri üzrə biliklər;
  • Antivirus, EDR, NGFirewall, Web Application Firewall, DLP tipli sistemlər ilə iş təcrübəsi;
  • İnformasiya təhlükəsizliyi insidentlərin monitorinqi, qeydiyyatı və araşdırılması üzrə təcrübə;

 Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]   elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Bank sistemlərinin təhlükəsizliyi şöbəsinin rəisi” göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşəgötürənin reytinqi