İT mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • Kompüter, Printer, İP telefon və digər avadanlıqların sazlanması, əməliyyat sistemlərin yazılması
  • Office proqramları ilə bağlı əməkdaşlara texniki dəstəyin göstərilməsi
  • Standart və qeyri-standart proqramların yazılması, çıxan problemlərin araşdırılıb həll olunması
  • Şəbəkə avadanlıqlarında dəstək işlərinin həyata keçirilməsi
  • Texniki avadanlıqların və program təminatların quraşdırılması, konfigurasiyası, diaqnostikası və sazlanmasının təmin edilməsi
  • Serverlərdə yaranmış nasazlıqların aradan qaldırılması
  • Gündəlik yaranan nasazalıqların aradan qaldırılması

Namizədə tələblər:

  • Bu sahədə ən azı 2 il iş təcrübəsi (Bank sahəsində təcrübə arzuolunandır)
  • PC və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğuları ilə işləmə bacarığı
  • Əsas texniki problemləri təyin etmək və həll etmək bacarığı
  • Printer və scanner avadanlıqları ilə iş təcrübəsi
  • Windows client Ə/S-ləri həmçinin Microsoft Office proqramları üzrə təkmil biliklər
  • Windows Server, Active Directory və DNS anlayışından xəbərdar olmaq
  • İP telefonların iş prinsipinin , istifadəçilərdən çıxan nasazlıqların aradan qaldırılması kimi bacarıqlar
  • Ethernet, İP və şəbəkə cihazlarının iş prinsipləri barəsində məlumatlı olmaq-
  • Antivirusların iş prinsipi , quraşdırılması və sazlanması barəsində biliklər
  • Xarici dil: İngilis dili (Texniki), Rus dili (Arzu olunandır)
  • Problemləri düzgün analiz edə bilmə bacarığı
  • İşində səliqəlilik, dəqiqlik və görülən işlərin sənədləşdirilməsi
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı

İş şəraiti:

  • İş vaxtı: Həftə içi 1-5 gün 09:30–dan 17:30 dək; 6-cı gün 09:30 – 15:30 (nahar vaxtı 13:30 – 14:30)
  • AR qanunvericiliyinə əsasən sənədləşmə
  • Nahar şirkət tərəfindən verilir
  • Əmək haqqı: NET 1000 AZN
  • Şamaxinka və avtovağzal ərazisindən servis mövcuddur
  • Korporativ nömrə, danışıq limiti
  • Ünvan: Qaradağ rayonu, Səlyan şossesi 12 ci km, Şinkar holding,