Təlimçi

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 21.11.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 İş Elanı №484A/12
 
FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİS üçün TƏLİMÇİ vəzifəsinə işçi axtarışı elan edir. “FINCA-Azerbaijan” Azərbaycan üzrə 130,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

Təlimçi vəzifəsi üçün tələb olunanlar:

• Təlim ehtiyaclarını müəyyənləşdirmək və təşkilat daxili və xarici təlimlərdə (lazımi təqdirdə belə treninq keçirmək) tövsiyyələr təqdim etmək;
• FİNCA Azərbaycan təşkilatı üçün kredit texnologiyası üzrə illik təlim planı hazırlamaq, təlim proqramlarının səmərəliliyini monitorinq etmək və qiymətləndirmək;
• FİNCA Azərbaycan təşkilatının kredit texnologiyası, siyasət və proseduralarına dair bütün səviyyələrdə kredit işçilərinin bilik və praktik bacarıqlarının yüksək standartlara cavab verməsini təmin etmək məqsədilə işçi heyətinə birbaşa təlim keçmək;
• FİNCA Azərbaycan təşkilatı üzrə kredit işçilərinin təlim prosesinə dəstək verən treninq materialları hazırlamaq və yeniləmək;
• Təlimlərdə məlumat vermək məqsədilə bütün FİNCA Azərbaycan təşkilatının kredit siyasəti, prosedurları və sənədləri haqqqında ən son biliklərin çatdırılmasını təmin etmək;
• Təlim materiallarının qiymətləndirilməsində İR Təlim və İnkişaf Menecerinə yardım göstərmək, təlim üçün yeni materialların və testlərin hazırlanmasına dəstək olmaq;
• Lazımi qaydada kredit işçilərinin təlimi və inkişaf tədbirlərinə dair hesabatlar hazırlamaq;
• Əməliyyatların rəvan keçməsini təmin etmək məqsədilə Filial Meneceri və İnzibati şöbə ilə əməkdaşlıq edərək təlim məşğələlərinin təşkili və planlaşdırılmasını lazımı qaydada əlaqələndirmək.

Yalnız aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:

• Ən azı bir il bank sistemində təlimçi kimi iş təcrübəsi;
• Azərbaycan və rus dillərində sərbəst danışmaq bacarığı;
• İngilis dilini bilmək məqsədəuyğundur;
• Mükəmməl davranış, ünsiyyət və təlim bacarıqları;
• Güclü təşkilati bacarıqlar.

 

FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV)  07 Dekabr  2012-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№484A/12) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh., C.Cabbarlı küç., 44, Caspian PLAZA, III-cü bina, 8-ci mərtəbə.
Tel: 596 33 84/85/86/87          
FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

 

İşəgötürənin reytinqi