Daxili auditor

İşin təsviri

Daxili auditor

Əmək haqqı: 800-1000 AZN
Təhsili: Ali

İş təcrübəsi: 3-5

Yaş: 28-35

İş barədə məlumat
• sığorta fəaliyyətinin və qanunla həyata keçirilməsinə icazə verilmiş digər fəaliyyət növlərinin qanunauyğunluğu;
• sığortaçı tərəfindən, həmçinin onun struktur bölmələri, habelə filial və nümayəndəlikləri tərəfindən qanunvericiliyin tələblərinə, o cümlədən mühasibat uçotu tələblərinə və sığortaçının müvafiq daxili sənədlərində müəyyən edilmiş daxili prosedurlara uyğun fəaliyyətin həyata keçirilməsi;
• sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti üzrə ardıcıl, sistemli təhlilin və qiymətləndirmənin həyata keçirilməsi;
• sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan gostərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi;
• sığortaçının sığorta nəzarəti orqanı, habelə sığortaçının idarəetmə orqanlarının qəbul etdikləri qərarların icrasına nəzarət tədbirlərinin səmərəliliyinin yoxlanılması, qiymətləndirilməsi və bu sahədə mövcud nöqsanların təcili aradan qaldırılması barədə tədbirlər görülməsi;
• qəbul olunan qərarların, o cümlədən daxili və kənar yoxlamalar zamanı aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasının icrasına nəzarət tədbirlərinin səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi;
• aktivlər və öhdəliklərin idarə edilməsi sisteminin səmərəliliyinin, o cümlədən potensial risklərin və sığorta müqavilələrinin portfelinin (məcmusunun)  ümümilikdə, yaxud ayrı-ayrı sığorta növləri üzrə qiymətləndirilməsi;
• sığorta fəaliyyəti və qanunla həyata keçirilməsinə icazə verilmiş digər fəaliyyət zamanı meydana çıxan risklərin idarə olunması, o cümlədən bu risklərin azaldılması üzrə monitorinqin həyata keçirilməsi;
• sığorta agentlərinin fəaliyyətinin qanunauyğunluğu və belə fəaliyyətlə bağlı mümkün olan risklərin nəzarətdə saxlanması;
• sığortaçının hesabatlarının qanunvericiliyə, o cümlədən beynəlxalq maliyyə hesabatları standartlarına uyğun olması;

Tələblər:
- iqtisadi və ya hüquqi təhsili olmalıdır;
- auditin keçirilməsi üçün lazım olan biliklərə və təcrübəyə malik
olmalıdır.
- sığorta əməliyyatlarına və audit keçirilməsinin qaydaları ilə bağlı
beynəlxalq təcrübəyə bələd olmalıdır;
- yüksək əxlaqi və peşə keyfiyyətlərinə malik olmalıdır;

  
e-mail: [email protected]
Elaqə nöm: (012) 424 32 32


 

İşəgötürənin reytinqi