Korporativ Satış Meneceri

  • Azem & Partners
  • Elanın qoyulma tarixi: 08.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər: 

  • Ali təhsil;
  • Korporativ mühitlə əlaqədar minimum anlayışların olması;
  • Hüquq və korporativ hüquq sahəsinə marağın mövcudluğu
  • Hüquqi sənədlərlə işləməyə hazır olmaq
  • Detallara fikir verən, məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
  • MS Office ilə orta səviyədə istifadə bacarıqları;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, ingilis dili orta səviyyədə  bilməli;

İş barədə məlumat:

  • Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
  • Müştərilərə zəng və ya e-mail vasitəsi ilə ilkin əlaqənin qurulması;
  • İsti və soyuq satış zənglərinin edilməsi;
  • Bazarın araşdırılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
  • Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
  • Korporativ Satışın planlaşdırılması və icrası;
  • Kommersiya təklifi layihələrinin hazırlanıb təqdim edilməsi;
  • Ziyarət nəticələrinin izlənilməsi;

İş rejimi: I-V günlər

İş vaxtı: 08:00-17:00

Əmək haqqı: Razılaşma yolu ilə

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini 20 fevral 2022-ci il tarixədək [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış mütəxəssisi” qeyd etmələri xahiş olunur.