Təlim, inkişaf və qiymətləndirmə şöbəsinə məsləhətçi

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera inkişafı imkanları;
  • Rəqabətədavamlı əmək haqqı.

Görəcəyiniz işlər:

  • Agentliyin siyasəti və missiyasına uyğun olaraq müstəqil və birbaşa rəhbərin nəzarəti ilə, əməkdaşların bilik, bacarıq və səriştələrinin artırılması istiqamətində  fəaliyyətlərin və tədbirlərin planlaşdırılması və təşkili
  • Təlim ehtiyaclarının müəyyənləşdiriliməsi, təhlili və istifadəsi ilə bağlı işlərin (iş analizi, sorğu anketləri, fokus qrupları və müxtəlif maraqlı tərəflərlə görüşlərin keçirilməsi) görülməsi və tapşırıqların icra edilməsi;
  • Müxtəlif ilkin təlimatlandırma, oriyentasiya və soft skillərin inkişafı ilə bağlı təlimlərin həyata keçirilməsi;
  • Xarici və daxili təlimçilərlə görüşlərdə iştirak etmək, onların təklif və materiallarının qiymətləndirilməsi;
  • Təlim və inkişaf xidməti göstərən təşkilatların seçilməsi üçün təşkilati işlərin görülməsi (texniki şərtlər toplusu və ehtimal qiymətinin, büdcələrin hazırlanmasında iştirak edilməsi)
  • Keçirilmiş onlayn və oflayn təlimlərlə bağlı müxtəlif qiymətləndirmə formalarının hazırlanması, toplanması, təhlili;
  • Təlimlərlə bağlı sorğuların və təhlillərin həyata keçirilməsi;
  • Əməkdaşların struktur bölmə və vəzifələr üzrə qiymətləndirmə və inkişaf konsepsiyalarının işlənilməsi və tətbiqində iştirak edilməsi;
  • Təlimçilərin təlimi proqramlarının işlənilməsi və tətbiqində iştirak;
  • Əməkdaşlarının qiymətləndirilməsi prosesində müxtəlif növ dəstəyin göstərilməsi;
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən göstərişlərin icrası və korporativ qaydalara riayət olunması;
  • Təlim və inkişaf fəaliyyətləri ilə bağlı keçirilmiş tədbir və fəaliyyətlərin uçotunun aparılması;
  • Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilin olması (xüsusilə Tibbi təhsil və ya tibb sahəsində təcrübə arzuolunandır);
  • Təlim və inkişaf sahəsində 3 il iş təcrübəsi;
  • Yüksək səviyyədə ofis proqramları (Powerpoint, Excel) ilə iş bacarığı;
  • Təşkilatın missiyasına və dəyərlərinə, fəaliyyətinə və ondan doğan nəticələrə qarşı loyallıq;
  • Etik və mənəvi davranış qaydalarına uyğun fəaliyyət göstərmə bacarıqları;
  • İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması bacarıqları;
  • Komanda şəklində işləmə bacarığı;
  • Lahiyələrlə işləmək təcrübəsi;
  • İş həcmindən asılı olaraq prioritet və iş vaxtını düzgün idarə edə bilmək bacarığı;
  • Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək bacarığı.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 08.03.2022-ci il;
  • CV-lər qeyd olunmuş e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Email: [email protected]