İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis

  • SMTS
  • Elanın qoyulma tarixi: 06.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan iş Bacarığı:

  • Telefon və ya e-mail vasitəsi ilə sorğulara cavab verir. Kompüter sistemlərində, proqram və avadanlıq ilə bağlı daxil olan sorğu üzrə yardım və texniki dəstəyi təmin edir;
  • İşçilərin kompüter avadanlıqları, proqram təminatı və İT xidmətləri ilə təmin edilməsi, alınan yeni İT avadanlıqların quraşdırılması, sazlanması;
  • İstifadəçilərə təhvil verilən avadanlıqların istifadə qaydaları barədə istifadəçilərin təlimatlandırılması;
  • Kompüterlərə yeni proqram təminatlarını quraşdırmaq;
  • Kompüterlərin xarici avadanlıqlarının quraşdırılmasını, işə salınmasını və dəyişdirilməsini həyata keçirmək;
  • Virus əleyhinə proqramların sazlığına nəzarət edilməsi və onların yenilənməsini nəzarətdə saxlamaq;
  • Nasazlıqları vaxtında aşkara çıxarmaq məqsədi ilə Şirkətin struktur və bölmələrində şəbəkə avadanlığının və kompüterlərin monitorinq və diaqnostika işlərini yerinə yetirməli;
  • Notebook və stolüstü kompüterlərin dövrü yoxlanılması həyata keçirməli;
  • Local (LAN), Qlobal (WAN) şəbəkə və digər sistemlərdəki texniki problemlərin həlli;
  • Şəbəkə avadanlıqlarının fasiləsiz işini təmin edilməsi və iş prosesində ortaya çıxan çətinliklərin aradan qaldırılmasında operativ tədbirlər görmək;
  • Şirkətin struktur və bölmələrində local şəbəkəsinin yaradılması. Kabel xətləri çəkilməsini təmin edir və kabel xətlərində yaranmış problemləri aradan qaldırır. Şəbəkə xətlərinin, ayrı-ayrı qurğuların sınağını və xırda təmirini yerinə yetirir;

Tələb olunan təhsil və biliklər:

  • Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter elmləri, Tətbiqi Riyaziyyat və s. texniki sahə üzrə)
  • İnformasiya Texnologiyaları üzrə mütəxəssis olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
  • Microsoft Office (MS Excel,Word) proqramlarını əla səviyyədə bilməli;
  • Kompüterlərin proqram və avadanlıqlarının quraşdırılmasını;
  • Kabel xətlərinin çəkilməsini, şəbəkənin ümumi xüsusiyyətlərini, strukturunu və işləmə prinsipini;
  • Wi-Fi və LAN şəbəkə qurmaq bacarığı;
  • Kamera sistemlərinin qurulmasını, DVR və NVR-ın qurulması;
  • Daxili Telefon – Analoq, İP telefon sisteminin quraşdırılmasını;
  • Windows 7, 10 əməliyyat sistemlərini əla səviyyədə bilməli;
  • Serverlərdə işləmək üçün ilkin biliklər;
  • MacOS ilə işləmək, çıxan problemlərin həlli (Format etmək, MacOS və Windows yazılması).
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Analitik düşünmə bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik, operativlik bacarığı.

Digər tələb və şərtlər:

  • Yaş həddi: 25-45
  • Əmək haqqı: 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) elektron ünvanına mövzu yerinə “İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Email: [email protected]