Təlim və işə qəbul üzrə menecer

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətin Təlim və İnkişaf siyasətinə əsasən Təlim və İnkişaf prosesinin təşkili, idarə edilməsi və keçirilməsi
  • Şirkət üçün illik təlim planının hazırlanması
  • Təlim planına əsasən illik təlim büdcəsi hazırlanması və idarə edilməsi
  • Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi
  • İşçilərin təlimlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədilə güclü kommunikasiya strategiyasının qurulması
  • Şirkətin ehtiyacına müvafiq olaraq bilik səviyyəsini ölçmək üçün sorğular keçirilməsi və qiymətləndirmə prosesinin təşkil edilməsi
  • Bütün əməkdaşların təlim sənədlərinin yenilənməsini və 1C sisteminə vaxtlı-vaxtında daxil edilməsini təmin etmək
  • Şirkət işçiləri arasında təlim fəaliyyətini fəal şəkildə təşviq etmək;
  • Müəyyən edilmiş büdcə və illik təlim planına müvafiq olaraq, aylıq təlim fəaliyyətlərini planlaşdırmaq və aparmaq
  • Təlimin effektivliyinin qiymətləndirilməsi üçün metodların hazırlanması üzrə təkliflərin verilməsi və həyata keçirilməsi
  • Aktivitelərin planlanması və həyata keçirilməsi
  • Aparılan təlimlərin nəticələrinin qiymətləndirilməsi

Bundan əlavə:

  • Xidmət etdiyi strukturda işə qəbul,iş yerinin dəyişdirilməsi və işdən azad olunma prosesinin icrası, oriyentasiya və adaptasiyasının təşkili və müvafiq hesabatlılığın aparılması;
  • Xidmət etdiyi biznes struktunda əməkdaşların motivasiya siyasətlərinin tətbiqinə nəzarət və karyera planlamasının təşkili;
  • Vəzifə, maaş və iş yeri dəyişikliyi və eləcə də mükafatlandırma prosesinin aparılması və hesabatlılığı;
  • Əməkdaşların nizam-intizam pozuntuları ilə bağlı proseslərin araşdırılmasında, lazımi qərarların alınması və icrasında birbaşa iştirak edilməsi;
  • Xidmət etdiyi biznes strukturlarında iş yükü analizləri, işçi ehtiyyaclarının araşdırılması.
  • İş qrafiki: 09:00-18:00
  • Həftədə 2 gün istirahət
  • Əmək haqqı: Min: 1500 - Max: 2000

Namizədə tələblər:

  • 25-35 yaşlı xanım və bəylər
  • Ali təhsil
  • Təcrübə:Bu və oxşar sahələrdə minimum 2 il təcrübə
  • Layihənin idarəolunması
  • Səlis Azərbaycan və rus dili, Orta İngilis dili

Professional Bacarıqlar və Kompetensiyalar:

  • İşgüzar ünsiyyət
  • Danışıq bacarıqları
  • Zamanın idarə edilməsi
  • Təqdimat bacarıqları
  • Tədqiqat bacarıqları
  • Analitik düşüncə
  • Nəticə yönümlülük
  • Proaktiv düşüncə
  • Problem həll etmə

Maraqlanan namizədlərdən CV-lərini mail adresinə göndərməkləri xahiş olunur.

Email: [email protected]