Konstruktor (İnşaat üzrə mühəndis)

İşin təsviri

Öhdəliklər:

  • Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi,
  • İşlərin planlaşdırılması və müvafiq tikinti planının hazırlanması,
  • Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi,
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi,
  • Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi,

Tələblər:

  • Təhsil : Ali təhsil (Konstruktor üzrə mühəndis diplomu)
  • İş təcrübəsi : minimum 5 il
  • Yaş : 25 – 65
  • Müvafiq sahədə iş təcrübəsi 5 (il) ildən az olmamaq şərtilə
  • Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə lisenziyası üzrə fəaliyyət göstərən şirkətlərdə minimum 5 il iş təcrübəsi.
  • Əlavə iş yeri kimi işə qəbul mümkündür.