Ehtiyat hissələri üzrə menecer

  • Auto Azerbaijan
  • Elanın qoyulma tarixi: 23.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:

  • Təşkilat, professionalizm və heyət nöqteyi nəzərindən ona tabe olan sahənin idarə edilməsi  və monitorinqinin (işə nəzarət edilməsi və nəticələrin təhlili) aparılması
  • Yeni müştərilərin tapılması və cəlb olunması 
  • Müəssisənin ehtiyat hissələrlə əlaqəli strategiyasının və büdcəsinin işlənib hazırlanmasında, ehtiyat hissə siyasətinin  həyata keçirilməsi üçün əməliyyat planlarını hazırlayıb strategiya qrupunun müzakirəsinə təqdim edilməsi
  • Ehtiyat Hissələri departamentinin strateji və əməliyyat planlarının hazırlanmasında yaxından iştirak edilməsi və strateji plan qrupunun zəruri məlumatlarla təmin edilməsi
  • Ehtiyat Hissə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi
  • Ehtiyat Hissə departament işçilərinin bütün fəaliyyətlərinin planlaşdırılması və onların istiqamətləndirilməsi
  • Ehtiyat hissələrinin sifarişi, alışı və satışına nəzarət etməklə mənfəəti yüksəltmək, müəyyənləşdirilmiş stok hədəflərinə çatmaq.
  • EH departament işçilərinə satış artırmaq məqsədi ilə həftəlik və aylıq yığıncaq keçirərək satış strategiyaları hazırlamaq və icra etmək
  • Ehtiyyat hissəsi stoklarını izləmək və ehtiyaca uyğun olaraq hazırlanmış sifariş sıyahısını yoxlayaraq, təsdiq etmək
  • Sifariş verilən ehtiyyat hissələrinin çatdırılmasına, sifariş və nəqliyyat üçün nəzərdə tutulmuş balansa nəzarət
  • Satış sonrası xidmətlər ilə əlaqəli problemlərin həlli üçün müştərinin servis ilə əlaqəsini təmin etmək
  • Malların anbara giriş-çıxışlarına, düzgünlüyünə və qeydiyyatına nəzarət
  • Regiondakı ticari fəaliyyətləri və ehtiyyat hissə bazarının ümumi vəziyyətini təqib etmək
  • Rəhbərliyin və əlaqədar qurumların tələb etdiyi forma və müddətlərdə EH Departamentinin fəaliyyətinə aid hesabatlarının işlənib hazırlanması və təqdim edilməsi
  • Gündəlik ehtiyat hissə satışı barədə hesabatların hazırlanması

Tələblər:

  • Biznes və ya digər əlaqədar sahələr üzrə ali təhsil;
  • Əlaqədar sahə üzrə ən azı 5 il idarəetmə təcrübəsi;
  • Xarici dil biliyi (İngilis, Rus)
  • MS Office və ERP proqramlarından istifadə edəbilmə
  • Depolama Sistemləri, Depo və Stok İdarəedilməsi nəzəri biliyi
  • Müxtəlif markalara məxsus modellərin detal və aksesualarların texnoloji xüsusiyyətləri və istifadəsi haqqında məlumat (HYUNDAİ, KİA, TOYOTA, MERCEDES, FORD, CHEVROLET)
  • Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü, idarəedici;

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
  • 6 günlük iş rejimi;
  • Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.

Bu iş üçün müraciət etmək istəyirsinizsə  CV-nizi "Ehtiyat Hissələri üzrə menecer" başlığı ilə hr@autoaz.az göndərə bilərsiniz.