Mühasib (kişi)

  • Oil Supply LLC
  • Elanın qoyulma tarixi: 22.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
  • Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
  • Daxil olan materialların və xidmətlərin uçotu
  • Əsas vəsait və qeyri-maddi materialların uçotu
  • İnzibati və kommersiya xərclərinin uçotunun aparılması
  • İnvoysların, e-qaimələrin və e-VHF-ın tərtibatı və izləmələri;
  • Müştərilərin və təzhizatçıların müqavilələrin qeydiyyatı və nəzarət;
  • Şirkətin kassa uçotunun aparılması;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanmasına nəzarət
  • Əməliyyatları 1C proqramında aparmaq
  • Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
  • Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması
  • İdarəetmə (maliyyə uçotunun) bilməsi (burada Mənfəət/Zərər, Balans və Pul vəsaitlərinin hərəkəti hesabatların aparılması);
  • Şirkətin maliyyə təsərrüfat fəaliyyətinin mütəmadi təhlili və nəzarəti.
  • Vergi, Əmək, Mülki və digər qanuvericiliyi barədə müəyyən dərəcədə bilikləri;
  • Debitor borcları üzrə ödənişlərin olunmasına mütəmadi nəzarət
  • Debitorlarla mütəmadi əlaqə saxlanılması və borclar üzrə üzləşmələrin aparılması
  • Rəhbərliyi tələb olunan mühasibatlıq məlumatları ilə təmin etmək

Namizədə tələblər:

  • Yaş: 30-45
  • Cinsi: Kişi
  • Ali təhsilli (Mühasibatlıq və maliyyə sahəsində)
  • Baş mühasib kimi ən azı 3 il iş təcrübəsi
  • Vergi, dsmf, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
  • Analitik təhlil etmə qabiliyyəti
  • Xarici dil bilikləri Rus və İngilis dili bilmesi üstünlükdür
  • Kompüter biliyi yüksək səviyyədə (1C7.7, 1C8.3, BTP, Excel, Word, Outlook)

İş şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki həftənin 6 günü;
  • İş saatı: Həftə içi 09:00-19:00, şənbə günü 10:00-15:00. Bazar günü istirahət
  • Əmək Haqqı – 700-800 AZN

Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Maraqlanan namizədlərdən öz CV-lərini poçt ünvanına, mövzu bölməsində 1C mühasib yazılmaqla [email protected] göndərmələri xahiş olunur.