Referent

İşin təsviri

Əsas məsuliyyətlər:

  • Məktəbə referent dəstəyinin göstərilməsi – Müvafiq olaraq işçi heyəti, şagirdlər, valideynlər və məktəb ziyarətçilərini qarşılamaq, qəbul etmək, qeydiyyatını aparmaq və onlarla maraqlanmaq və yönləndirmək;
  • Məktəbin inzibati işlərinə dəstəyin göstərilməsi;
  • Şagirdlərin və işçilərin məktəbə davamiyyətinə nəzarət edilməsi;
  1. ISAMS proqramında şagirdlərin davamiyyətinin qeyd edilməsi və izlənməsi;
  2. Dərsə gecikən şagirdlərin qeydiyyatının aparılması və ISAMS-a əlavə olunması;
  3. Məktəbə gəlməyən şagirdlərin valideynləri ilə əlaqə saxlayıb, məktəbə gəlməmə səbəbinin araşdırılması;
  • Şagirdlər ilə bağlı məlumatların valideynlərə ötürülməsi. Məsələn Həkim tərəfindən şagirdlərin səhhəti ilə bağlı məlumatların valideynlərə ötürülməsi;
  • Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək;
  • İşçi heyəti, şagird, valideynlər və ziyarətçilərin məktəbə giriş sistemini idarə etmək;
  • İşçilər,tələbələr və valideynlərlə ünsiyyətin saxlanılması;
  • Məktəbin telefon zənglərinə cavab vermək, ziyarətçiləri salamlamaq və şagirdlərə lazimi məlumatları ötürmək. Həmçinin tədris bölmə rəhbərləri, müəllimlər və şagirdlərin ailələri arasında ünsiyyəti təmin atmək;
  • Telefon və elektron poçt sorğularının qeydlərini aparmaq. Məktəbin əsas telefonunu idarə etmək, zəngləri ötürmək və ya müvafiq olaraq mesajları qəbul edib lazımı yerə çatdırmaq.

Tələblər:

  • Bakalavr dərəcəsi;
  • Müvafiq sahədə minimum 1 il təcrübə;
  • Azərbaycan və ingilis və rus dillərində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Mükəmməl şifahi və yazılı ünsiyyət;
  • Excel, Word və Outlook proqramları üzrə yüksək biliklər;
  • Mükəmməl vaxtın idarəedilməsi bacarıqları;
  • Məsuliyyətli və etibarlı olmalıdır;
  • Təzyiq altında işləmək bacarığı.

Maraqlanan namizədlər CV-lərini [email protected] göndərməli və mövzu hissəsində “Receptionist” qeyd etməlidirlər. Növbəti işə qəbul prosesi üçün yalnız qısa siyahıya alınmış namizədlərlə əlaqə saxlanılacaq.

Azerbaijan British College tərəfindən digər vakansiyalar