Baş mühasib

  • Alpha Trade Group
  • Elanın qoyulma tarixi: 17.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İcra edəcəyi iş:

  • Mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil edir 
  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edir. 
  • Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu təşkil edir
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil edir
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təşkil edir
  • Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təşkil edir
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir
  • Vergi sahəsilə bağlı əməliyyatlar- bütün vergi hesabatlarının göndərilməsi
  • E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıq-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi
  • Daxili hesabatların hazırlanması və təqdim olunması 
  • Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
  • ƏDV ilə işləmə bacarığı
  • Bəyannamələrin hazırlanması və göndərilməsi
  • Maliyyə hesabatlarının tərtib edilməsi
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
  • E-portal proqramı ilə işləmək bacarığının olması
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi

Tələb olunan peşə - ixtisas səviyyəsi:

  • Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
  • Analoji sahə üzrə 5 il və ya daha çox iş təcrübəsi
  • Excell ( peşəkar səviyyədə bilməli) və 1C proqramında işləmə bacarığı
  • Vergi məcəlləsini bilməli  
  • Məsuliyyətli və işində dəqiq
  • Komandada işləmək bacarığı 
  • İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər arzu olunandır

İş şəraiti:

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • AR ƏM əsasən rəsmiləşdirmə - 1500 azn

Xahiş olunur  namizədlər CV-sini  “Baş mühasib” başlığı ilə [email protected] mail ünvanına göndərsinlər.