Linux Administratorluğu (Müəllim)

  • Code Academy
  • Elanın qoyulma tarixi: 13.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

Tədris iş yükü müqavilədən asılı olaraq həftədə ən azı 1 qrup, ən çox 2 qrupdur. İş saatları namizədin cədvəlinə uyğun olaraq səhər, axşam və / və ya həftəsonu qrupları ilə uyğunlaşdırılır.

Müəllimin əsas iş öhdəlikləri bunlardır:

  • Tədris kurrikulumuna əsasən dərs keçmək;
  • Tələbələrin suallarını vaxtında cavablamaq;
  • Tələbələrin tapşırıqlarına vaxtında və düzgün rəy bildirmək;
  • Tələbələrin dərsdə iştirak və fəaliyyətinə mütəmadi nəzarət etmək;
  • Tələbələrə fərdi yanaşmaq, onlarla inkişaf və karyera yönümlü söhbətlər aparmaq;
  • Code Academy dəyərlərinə əsasən xidmət göstərmək.

Tələblər:

Linux Administratorluğu tədrisi üzrə aşağıdakı biliklərin olması tələb olunur.

  • Script dilləri ilə tapşırıqların avtomatlaşdırılması (bash, python, powershell)
  • Container-lərin idarə olunması (docker, podman)
  • Veb Serverlərin idarə olunması (apache, nginx)
  • Monitorinq serverlərinin idarə olunması (zabbix, graylog, grafana)
  • Firewall-un idarə olunması (firewall-cmd, ufw, iptables)
  • Disklər və fayl sistemlərinin idarə olunması

Əlavə olaraq aşağıdakıları bacarıqlar tələb olunur:

  • Linux Serverlər üzrə 2 il iş təcrübəsinin olması;
  • İdarəetmə bacarığının olması;
  • Ünsiyyət və kommunikasiya bacarığının olması;
  • Azərbaycan dilində əla yazılı və şifahi dil bacarıqları, ingilis dilini bilməsi üstünlükdür;
  • Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi;
  • Dərs proqramı hazırlamaq və dərs keçmək təcrübəsinin olması arzuolunandır;
  • Red Hat Certified System Administrator sertifikatının olması arzu olunandır.

 

https://glorri.com/code/61e018c0d67e1f9c3a3dbf5d-Linux%20Administratorlu%C4%9Fu%20-%20M%C3%BC%C9%99llim%20