İT Help Desk Mütəxəssisi

  • Air Group
  • Elanın qoyulma tarixi: 11.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Təhsil:Ali 
  • Yaş həddi: 25-35
  • Bu sahədə ən azı 2 il iş təcrübəsi
  • PC və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla işləmə bacarığı
  • Əsas texniki problemləri təyin etmək və həll etmək bacarığı
  • Problemləri düzgün analiz edə bilmə bacarığı
  • Komandada işləmək bacarığı

İş barədə məlumat:                                                                                                                                                                                              

  • Noutbuk, masaüstü kompüterlər, printerlər və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının quraşdırılması, yüklənməsinin və problemlərin aşkar olunaraq aradan qaldırılmasının təmin edilməsi;
  • Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqi
  • İstifadəçi kompüterlərinə nəzarət və ortaya çıxan problemlərin operativ həlli;
  • Lokal şəbəkənin qurulması, şəbəkə problemlərinin tez aradan qaldırılması;
  • Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində baş verən   nasazlıqların aradan qaldırılması;
  • Turniket və barmaq izi cihazlarına nəzarət və yeni gələn əməkdaşların bu cihazlarda qeydiyyat olunması;

Əlavə məlumatlar:

  • Əmək haqqı: Razılaşma ilə
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00
  • Korporativ nömrə və danışıq balansı
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İT Help Desk Mütəxəssisi” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.