Layihə Meneceri (Yol layihəsi)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşınması;
  • Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
  • Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
  • Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
  • Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
  • Tikinti layihəsinin maliyyə hesabatlarının tərtibi, gəlir və mənfəət göstəricilərinin analizi;
  • Tikinti layihəsinə cəlb edilmiş daxili əmək qüvvəsinin işlərinin təşkil olunması;
  • Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
  • Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;
  • Tabeliyində olan sahə mühəndisləri/iş icraşıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;

Təhsil/Təcrübə:

  • Təhsil: İnşaat mühəndisliyi üzrə ali təhsil
  • Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması
  • İş təcrübəsi: Aidiyyati sahədə azı 7 il iş təcrübəsi
  • Dil bilikləri: İngilis dili mütləq, Rus dili arzuolunan
  • Kompüter bilikləri: Ofis proqramları, Outlook (Autocad arzuolunandır)

Əlavə məlumat:

  • Tələb olunduqda ezamiyyətə və evdən kənarda işləməyə hazır olmalıdır
  • Ehtiyac olduqda gecə smeni və həftə sonları işləməyə hazır olmalıdır
  • İşçilərin Təlimatında qeyd olunduğu kimi təhlükəsizlik tələblərinə və prosedurlarına ciddi riayət edilməsi

Marağlanan namizədlərdən CV-ni [email protected] və ya [email protected] ünvanlarına “Yol Layihəsinin Meneceri” başlığı ilə göndərilməyi xahiş olunur.

İşəgötürənin reytinqi