Satış üzrə menecer

  • Ceylan MMC
  • Elanın qoyulma tarixi: 10.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəlikləri:

  • Horeca kanalında Satış proqramının hazırlanması;
  • Müştərilərin istək və ehtiyaclarını təxmin və analiz edilməsi;
  • Potensial alıcıları hazır müştəri vəziyyətinə gətirmək üçün davranış tərzi; 
  • Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll edə bilmə bacarığı;
  • Müştəri etirazları və bəhanələri ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmə bacarığı;
  • Malların təslimi və ödəmələr zamanı ortaya çıxan problemləri həll etmə bacarığı;
  • Potensial müştərilər haqqında məlumatların toplanması və üst rəhbərliyə təqdim olunması;
  • Satışla əlaqədar tələb və təkliflərin hesabat kimi təqdim edilməsi.

İş qrafiki:

  • İş saatı: 09:00 - 18:00;
  • 1-5 günlər iş, şənbə və bazar istirahətdir.
  • Əmək haqqı 1000 + bonus Şəkilində formalaşır;
  • Şirkət tərəfindən Benzin pulu və amortizasiya xərcləri qarşılanır.

Namizədə qarşı tələblər:

  • Satış meneceri vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • 25 - 35 yaş arası bəylər;
  • Ali təhsil;
  • Səliqəli və müasir xarici görünüş;
  • Səlis nitq bacarığı;
  • Fikirlərini aydın ifadəetmə bacarığı;
  • Ünsiyyətcil;
  • İnandırma qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığı;
  • Satış bacarığı;
  • Məsuliyyətli;
  • Şəxsi avtomobilinin olması əsas şərtdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]   elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində “Satış üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.