Təcrübə proqramı

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 05.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Proqramın faydaları:

  • İşləyərək öyrənmək imkanı
  • Real iş mühiti ilə tanışlıq
  • Gələcəkdə Bankda karyera qurmaq imkanı
  • Təcrübə proqramında iştiraka dair Sertifikat
  • Güclü komandada işləmək

Təcrübə müddəti - 90 günədək 

Təcrübə vaxtı - həftədə 5 gün olmaqla tam iş günü (istisna sonuncu kurs tələbələri) 

Proqrama kimlər qatıla bilər: 

  • Universitetin sonuncu kurs tələbələri;
  • Magistratura pilləsi üzrə təhsil alanlar və məzunlar (İqtisadiyyat, Maliyyə, Riyaziyyat və dəqiq və texniki elmlər üzrə);
  • Gələcək karyerasını bank sektorunda qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.

Proqramda iştirak etmək istəyən şəxslər aşağıdakı baza bilik və bacarıqlara sahib olmalıdır:

  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus və ingilis dili arzu olunandır);
  • Ünsiyyətcil və özünü təqdim etmə bacarığına malik olmaq (xüsusilə, müştəri xidməti sahəsində təcrübə keçmək istəyənlər)

Proqramda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri Banka təqdim etməlidir:

  • Şəxsiyyət vəsiqəsi;
  • Sağlamlıq haqqında arayış;
  • Tələbələr üçün universitetdən arayış (müraciət) və təcrübə keçmək üçün icazə kağızı;
  • Məzunlar üçün diplonun surəti və ya universiteti bitirdiyinə dair arayış

Mərhələlər:

  • Namizədlər ilkin olaraq test imtahanına (İQ və/və ya psixoloji testlərə) cəlb edilir
  • Növbəti mərhələdə təcrübəçilər Panel müsahibəyə dəvət edilir;
  • Mərhələləri uğurla keçmiş namizədlər Proqrama qatılırlar;
  • Təcrübəni uğurla başa vuranlara Bank tərəfindən xüsusi Sertifikat və Müsbət xasiyyətnamə verilir
  • Təcrübə müddətindən sonra təcrübəçilər Bankın işçi ehtiyacı çərvivəsində işə götürülə və ya ehtiyat kadr bazasına daxil edilə bilər.
  • Təcrübə müddətindən sonra işə qəbul edilən şəxslər vəzifənin minimum pilləsinə təyin edilirlər