Təsərrüfat işləri üzrə köməkçi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisənin ərazisində və binalarda istehsal sanitariyası və yanğından mühafizənin norma və qaydalarına uyğun olaraq təsərrüfat xidmətinin lazımi vəziyyətini, əməkdaşların səmərəli işləməsi üçün lazımi şəraitin yaradılmasını təmin edir
  • Müəssisənin ərazisinin və inzibati binaların kommunal və rabitə xidmətləri ilə fasiləsiz təminatını təşkil edir.
  • Fəaliyyət ərazisində bina, su təchizatı sistemi, hava dəyişmə və digər avadanlıqların, əsas fondların cari təmirini edir və əsaslı təmirində iştirak edir.
  • Təmir və təmirdən sonra olan təmizlik işlərini keyfiyyətlə yerinə yetirir. 
  • Sahənin abadlığına, yaşıllaşdırılmasında, təmizlənməsində, binaların təmiri işlərində iştirak edir. 
  • Keçirilən iclas, konfrans, seminar və eləcə də digər tədbirlərin təsərrüfat xidmətini həyata keçirir. 
  • Təsərrüfat avadanlığının qorunması, onların bərpa olunması və yeniləri ilə əvəz olunması, həmçinin, xidmət sahələrində və onların yaxınlığında yerləşən ərazidə təmizliyə riayət olunmasını təmin edir. 
  • Otaqların vəziyyətinə nəzarət edir və vaxtında təmir işlərinin aparılması üçün tədbirlər görür.
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər:

  • Təsərrüfat işlərinin yerinə yetirilməsinin təşkilini və ilkin təmir qaydalarını bilmək -  xüsusən santenika sahəsində;
  • Elektrik kimi ilkin bilik və bacarıqlara sahib olmaq
  • Mebel, elektrik və santexnika avadanlıqlarının xırda təmir-bərpa işlərində bilik və dəstək

Səriştələr:

  • Məsuliyyətli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı 400 AZN (gross)-dən başlayaraq
  • İş qrafiki:  Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Təsərüffat işləri üzrə köməkçi” mövzusu ilə [email protected] ünvanına göndərə bilərsiniz.

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar