Metal konstruksiya zavoduna direktor

  • ArchiCO
  • Elanın qoyulma tarixi: 04.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 İşin təsviri:

  • İstehsal proseslərinin vaxt analizini etmək və proseslərin inkişafını təmin etmək;
  • İstehsal planlarına əsasən iş qrafikini müəyyən etmək və qrafikə uyğun icrasını təmin etmək;
  • Planlaşdırılmış və reallaşdırılmış istehsalın həftəlik, aylıq, rüblük və s. hesabatlarını hazırlamaq;
  • Aidiyyatı şöbələrlə birlikdə anbar ehtiyatını nəzarətdə saxlamaq;
  • İllik büdcənin hazırlanmasında iştirak etmək;
  • İstehsal prosesi və istehsal planlaşdırılmasında ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbir görülməsini təmin etmək;
  • Tabeçiliyində olan istehsal, qablaşdırma, proseslərin avtomatlaşdırılması, texniki qulluq, mexaniki və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək;
  • İstehsalatda istifadə olunan bütün avadanlıqların təmir və profilaktik texniki qulluq planlamasının həyata keçirilməsini təmin etmək;
  • Planlaşdırılmış və plandan kənar təmir fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək;
  • Texniki nasazlıqların səbəblərini analiz edərək uzunmüddətli həll yollarını təmin etmək;
  • Texniki qulluq və istehsalat təlimatlarının yenilənməsini və həmin təlimatlara uyğun fəaliyyət göstərilməsini təmin etmək; 
  • Əməkhaqqı razılaşma yolu ilə

Vəzifəyə dair tələblər:

  • Ali texniki təhsil
  • 30-50 yaş
  • 10 il iş təcrübəsi (üst qurğuları və metal konstruksiya sahəsi üzrə)
  • Dil biliyi: Azərbaycan, rus və ingilis dili biliyi arzuolunandır
  • Texniki-mühəndis sənədlərlə (çizgilər, texniki şərtlər, xüsusiyyətlər və s.) işləmək bacarığı.
  • Yüksək idarəetmə bacarığı
  • Microsoft Office/Autocad/Tekla

CV-lərinizi " Direktor - MKZ" başlığı ilə göndərməyiniz xahiş olunur.

Email: [email protected]

İşəgötürənin reytinqi