Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 28.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Rəqəmsal bank xidmətlərinin inkişafı sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq bacarığı;
  • MS Office (MS Word, MS Excel, Outlook), SQL proqramları üzrə biliklər;
  • Analitik düşünmə qabiliyyəti;
  • Yüksək səviyyədə təqdimat bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik;
  • Ünsiyyət, təşəbbüskarlıq və komandada işləmək bacarığı.

İşin təsviri:

  • Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
  • İstehlakçı davranışlarına əsasən ehtiyacların müəyyən edilməsi, əsas prioritetlərin və meyllərin aşkara çıxarılması;
  • Klassik bank məhsullarının rəqəmsallaşdırılması məqsədi ilə tədbirlər planının tərtib olunması və aidiyyatı struktur bölmələri ilə işin təşkil edilməsi;
  • İnternet və mobil bankçılıq sistemlərində yeni məhsul və xidmətlərin yaradılması və ya mövcud xidmətlərin optimallaşdırılması üçün texniki tapşırığın formalaşdırılması;
  • Texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında hazırlanmış web tətbiqlərin testdən keçirilməsi və lazımi düzəlişlərin edilməsi;
  • Yeni rəqəmsal məhsul və xidmətlərin hazırlanması zamanı yerli və xarici potensial tərəfdaşlarla danışıqların aparılması;
  • Rəqəmsal bankçılıq sistemində istifadəçi rəylərinin aktiv şəkildə toplanılması prosesinin təşkili və sistemin təkmilləşdirilməsi istiqamətində təkliflər paketinin hazırlanması;
  • Rəqəmsal bankçılıq sisteminə dair biznes proseslər üzrə xəritələrin qurulması və blok-sxemlərin hazırlanması;
  • Rəqəmsal bankçılıq üzrə məhsul və xidmətlərin müştərilər tərəfindən istifadə aktivliyinin, məhsul və xidmətlərin satışı istiqamətində işin təşkil edilməsi;
  • Yaranmış texniki çətinliklərin aradan qaldırılması üçün Bankın aidiyyatı struktur bölmələri, yerli və xarici partnyorları ilə işin koordinasiya edilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.