Kassir (Bakı filialları)

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 23.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı , ingilis və rus dilini bilmək arzu olunandır;
  • Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
  • MS Office proqramlarında  işləmək bacarığı; 
  • İntensiv rejimdə işləmək bacarığı;
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.

İşin təsviri:

  • Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
  • Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
  • Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
  • Dövriyyəyə yararsız  pul əskinazlarının qəbul edilməsini və dəyişdirilməsini həyata keçirmək;
  • Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
  • Müştərilərə çek kitabçalarını vermək;
  • Filialda  nağd pul və digər qiymətlilərin gündəlik uçotunu və hesabatını aparmaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Kassir qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.