Senior / Back End Developer

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 22.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizimlə Siz əldə edəcəksiniz:

  • Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
  • Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
  • Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
  • Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

  • Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün “backend” mühəndislik praktikasının gücləndirilməsi;
  • Komandada digər “backend” proqramçıları idarə etmək, qrup rəhbərinin tələbi əsasında onların lazımi bilik və təcrübə əldə etməsi üçün təşəbbüskarlıq;
  • Rəqəmsal məhsulların yaradılmasına imkan verən davamlı, təhlükəsiz, cəld proqram hazırlamaq üçün “backend” proqram çərçivələrindən istifadə;
  • Jurnal hesabatının aparılması, daxili verilənlərin yaradılması, verilənlər bazasının inteqrasiyası və verilənlərin idarəedilməsi;
  • Bulud hesablama inteqrasiyalarını, davamlı inteqrasiya və yerləşdirmə və digər bulud texnologiyalarının idarəedilməsi;
  • “Backend” yaradılma prinsip və prosedurlarını tətbiq edərkən ölçülə bilən, paylanılan və imtinaya davamlı proqramların yaradılması;
  • Dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
  • İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
  • “Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
  • Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla mühəndislik işlərinin təmin edilməsi;
  • Şöbə fəaliyyətinin şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
  • Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.

Sizdən nə tələb olunur?

Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili 

İş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 5 il 

Xarici dillər: İngilis

Komputer bilikləri

  • Müvafiq dillərdən hər hansı birini mükəmməl səviyyədə bilmək
  • Node.js, Python, Golang, Kotlin, Java, PHP, Perl
  • İnfrastruktur dizayn və prinsipləri haqqında anlayış
  • LDAP, SSO, Restful APIs, SOAP, verilənlər strukturu və alqoritm biliyi

Məhsul üzrə biliklər

  • JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi
  •  SVN və ya GIT

Digər: Yüksək idarəçilik, ünsiyyət və hesabat biliyi bacarıqları

Üstünlük verilir

  • Bankçılıq təcrübəsi
  • Kodun yenidən işlənməsi
  • Dizayn nümunələri
  • Dizayn yönümlü inkişaf
  • Domain yönümlü dizayn
  • CI/CD və yüksək miqyaslı proqramlar
  • Proqram təhlükəsizliyi
  • İkili proqramlaşdırma və testlər üzrə biliklər

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 22.01.2022-ci il tarixinədək ünvanına başlıqda “Proqram təminatı üzrə mühəndis və ya “Proqram təminatı üzrə baş mühəndis qeyd edərək [email protected] göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi