Marketing Meneceri

  • Purple Cake
  • Elanın qoyulma tarixi: 21.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Marketinq kommunikasiyaları üzrə bazar araşdırması, strategiya formalaşdırılması və təhlillərin aparılması; 
  • Biznes, brend, hədəf bazar və rəqib kontekstində düzgün istinad meyarlarının müəyyən edilməsi;
  • Müvafiq seqmentlər ilə sıx əməkdaşlıq çərçivəsində detallı marketinq planlarının, brend və məhsul kampaniyalarının hazırlanması və icrası;
  • Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt kontentinin və marketinq planlarına uyğun digər marketinqlə əlaqəli kontentlərin yekun təsdiqi;
  • Müvafiq marketinq tədbirlərinin idarə edilməsi və səmərəliliyinin qiymətləndirilməsi;
  • Hazırlanmış bütün marketinq fəaliyyətlərinin brend mövqeyi və təlimatlara uyğunluğunun təmin edilməsi;
  • Toplanmış məlumatlar və iradlara cavab olaraq marketinq kampaniyaları və tədbirlərinin monitorinqi və tənzimlənməsi;
  • Mümkün təkmilləşmələr üçün müştərilər, potensial müştərilər və məhsul sahibləri ilə Fokus Qrupların təşkili, təkliflərin hazırlanması və icrası; 
  • Brend və məhsul təşviqi məqsədi ilə sosial reklam kampaniyalarının hazırlanması, idarəedilməsi və monitorinqi;  
  • Müqavilələr, səyahət tələbləri, satınalma sifarişləri, ödəniş tələbləri də daxil olmaqla bütün inzibati, təchizat və maliyyə sənədlərinin kiçik mütəxəssis tərəfindən razılaşdırılmış müddət çərçivəsində düzgün şəkildə hazırlanması və təhvil verilməsinin təmin edilməsi;
  • Marketinq kommunikasiyası şöbəsinin funksional büdcəsinin hazırlanması və idarə edilməsi, büdcə xərclərinin təsdiqlənmiş büdcə kvotası çərçivəsində olmasını təmin etmək üçün onlara nəzarət edilməsi və monitorinqi.

Tələblər:

  • Təhsil: Marketinq və ya digər müvafiq sahə üzrə Bakalavr və ya Magistr təhsili 
  • İş təcrübəsi: Marketinq üzrə ən az 3 il
  • Xarici dil bilikləri:  Rus və İngilis dili 
  • Kompüter bilikləri: MS Office proqramları, marketinq sahəsində proqram təchizatları üzrə biliklər

Digər:

  • SEO və SEM, marketinq üzrə məlumat bazası, email, sosial media və Display ads kampaniyalarının idarəsi üzrə təcrübə;
  • İnternet səhifələrinin analitikası alətləri üzrə bilik və təcrübə;
  • Bazar təhlili yanaşmaları və alətləri haqqında biliklər;
  • Marketinq kommunikasiya strategiyaları prinsipləri və alətləri haqqında biliklər;
  • Məlumat təhlili alətləri haqqında biliklər və bu sahədə təcrübə.

Müraciət edin:

Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Marketing meneceri” yazaraq göndərə bilərlər

[email protected]

Purple Cake tərəfindən digər vakansiyalar