Mühasib (Təcrübə Proqramı)

  • Alpha Trade Group
  • Elanın qoyulma tarixi: 21.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
  • Öhdəsinə düşən digər əmək funksiyalarının vaxtında və operativ yerinə yetirilməsi
  • Özündə yeni bilik və bacarıqları inkişaf etdirmək istəyinə olan həvəsi.
  • Təcrübə proqramı hansı fəaliyyətləri əhatə edəcək?
  • İşə qəbul və işçiliklə bağlı bütün proseslərin (əmək müqavilələrinin hazırlanması, ƏƏSMN-nin elektron bildiriş bazasına daxil edilməsi, əmək kitabçalarının alınması və doldurulması, davamiyyət cədvəlləri, məzuniyyət və əmək haqlarının hesablanması, bankdan əmək haqqı kartlarının sifarişi və sair) aparılması;
  • Sahibkarlıq subyektlərinin (fiziki və hüquqi şəxslərin) vergi orqanında qeydiyyatdan keçirilməsi;
  • Kommersiya banklarında hesablaşma hesablarının açılması;
  • Müəssisənin fəaliyyəti ilə bağlı bütün növ alqı-satqı müqavilələrinin hazırlanması;
  • Müəssisənin alqı-satqı, idxal-ixrac əməliyyatları ilə bağlı invoysların, elektron qaimələrin tərtib edilməsi, ödəmə tapşırıqlarının (bank, kassa) icra edilməsi;
  • BTP proqramında bütün növ Vergi hesabatlarının (bəyannamələrin), mənfəət (gəlir) vergisi üzrə cari vergi ödəmələri barədə arayışların hazırlanması və göndərilməsi;
  • DSMF, statistika hesabatlarının hazırlanması və göndərilməsi;
  • Vergi orqanı bütün növ yazışmaların (göndərilmiş hesabatlarla bağlı kameral vergi yoxlaması üçün daxil olmuş uyğunsuzluq məktublarının cavablandırılması, sorğu məktubları, ərizələr, arayışların alınması və s) aparılması
  • 1C 8.3 proqramda uçot əməliyyatları Bank, debitor kreditor və s. əməliyyatlar

İş qrafiki: Həftədə 5 gün, 10:00-dan 18:00-dək

Əlaqə telefonu: 050 2180812

Email: [email protected]