Reklam üzrə satış meneceri

İşin təsviri

Öhdəliklər:

  • Satış proqramının hazırlanması. Satdığı məhsulları və ya brendi təmsil etmək ;
  • Mövcud müştəri bazasının artırılması və satış həcminin genişləndirilməsi məqsədi ilə xidmətlərin inkişafı üzərində işlənilməsi ;
  • Mövcud müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və yaxşılaşdırılması;
  • Şirkətə müraciət edən müştərinin məlumatlandırılması üçün keyfiyyətli informasiya xidmətinin təqdim edilməsi;
  • Potensial müştərilər arasında şirkətin xidmətlərinin yayılması;
  • Reklam müqaviləsinin vaxtında müştəriyə təqdim edilməsi, reklam təklifinin detalları və şərtləri barədə ətraflı təlimatlandırılması;
  • Mütəmadi olaraq müəyyən edilmiş müddətdə haqlarının müştərilər tərəfindən ödənilməsinin yoxlanılması və nəzarət edilməsi,  eləcədə birbaşa tabe olduğu rəhbərliyi altında reklam haqlarının ödənilməsi barədə zəruri məlumatların Maliyyə departamentinə təqdim edilməsi;
  • Potensial  müştərilərlə aparılan görüş və danışıqların, göndərilən/təqdim olunan təkliflərin, şərtlərinin, görüş və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeyd edilməsi və şöbə rəhbərinə təqdim edilməsi;
  • Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll edə bilmə;

Biliklər:

  • Biznes və ya marketinq sahəsində ali təhsil
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazmaq, yaxşı səviyyədə rus dili biliklərinin olması üstünlükdür
  • Microsoft Office (Outlook, Word, Excel, Powerpoint və s.) bilikləri

Tələblər :

  • Reklam üzrə Satış sahəsində  üzrə azı 1 il iş təcrübəsinin olması
  • Yaş həddi 35-yaşənadək

Bacarıqlar:

  • Təşəbbüskarlıq
  • Ünsiyyət qurmaq bacarığı
  • Çalışqan olmaq
  • Öhdəliklərinə məsuliyyətli olmaq
  • Dəqiqlik
  • Fikirlərini aydın izah edə bilmək
  • İşgüzar məktubları yüksək səviyyədə tərtib edə bilmək
  • Yaranmış vəziyyətlərə çevik reaksiya vermək
  • Problemli vəziyyəti həll etmək
  • Komandada işləmək
  • Təklif olunan məhsulun satışını təmin etmək bacarıqları  

 

Əmək haqqı: 800 AZN

Namizədlərdən “Reklam üzrə satış meneceri” yazaraq CV-lərini [email protected]http://[email protected] göndərmələri xahiş olunur.

 

 

Brand Media Groups tərəfindən digər vakansiyalar