Avtokar sürücüsü

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yüklərin təyinatı üzrə boşaldılması, daşınması, yerləşdirilməsi;
  • Avtokarın təhlükəsiz və təyinatı üzrə  idarə edilməsinə görə məsuliyyət daşımaq;
  • İşin düzgün planlaşdırılması və verilən tapşırıqları vaxtında yerinə yetirmək;
  • Ona təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, Texnikaya dövrü baxışlar keçirmək. Aşkar etdiyi bütün nasazlıqlar haqqında aidiyyatı rəhbərinə məlumat vermək;
  • Şirkət üzrə əməyin təhlükəsizliyi qayda və qanunlarına uyğun fəaliyyət göstərmək;
  • Rəhbərin iş barəsində verdiyi tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • İş təcrübəsi: minimum 2 il;
  • Lazımlı sertifikatlar: Müvafiq texnikanı idarə etmək üçün sertifikat (vəsiqə);
  • Xüsusi şətrlər: Lazım gəldiyində əlavə saata qalaraq işləyə bilməlidir. Reach truck tipli Forklift sürmə bacarığı;
  • Operativlik;
  • Komandada işləmək bacarığ;
  • Azərbaycan dili – mükəmməl; Rus dili və İngilis dili arzuolunandır;
  • Anbar sahəsində çalışanlara üstünlük verilir.

Maraqlananlar CV-lərini [email protected]  elektron ünvanına 29.12.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Avtokar sürücüsü” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

İşəgötürənin reytinqi