Estetik Tibb cihazlarının satışı üzrə menecer

  • BTL Azerbaijan
  • Elanın qoyulma tarixi: 14.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri: 

  • Estetik və kosmetoloji cihazların satışının həyata keçirilməsi;
  • Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
  • Hazır və yeni müştəri bazası ilə iş birliyinin qurulması: Premium sinif salonlar,estetik mərkəzlər və çox funksiyalı tibb mərkəzlərinin estetik və kosmetologiya bölmələri;
  • Soyuq zəng və görüş prinsipi ilə iş gününün bölünməsi; 
  • Potensial müştərilər üçün təkliflərin hazırlanması;
  • Müştərilərlə görüşlərin təşkili və cihazlar haqqında təqdimatların həyata keçirilməsi;
  • Cihazların tanıtımı və satışı üçün müxtəlif tədbirlərin təşkili;
  • CRM sistem ilə işləmək;
  • Sərgilərdə, promo tədbirlərdə və prezentasiyalarda iştirak etmək;
  • Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim etmək;

Namizədə Tələblər:

  • Cinsi: Qadın;
  • Ali təhsil (Tibbi təhsil üstünlükdür) ;
  • Satış texnikaları ilə tanışlıq;
  • B2B satış seqmentində 2 ildən artıq təcrübə (Premium seqment məhsulların satışında təcrübə üstünlükdür);
  • İşgüzar danışıqların və yazışmaların aparılması;
  • Effektiv kommunikasiya və təqdimat bacarığı;
  • Azərbaycan dilində səlis yazmaq və oxumaq bacarığı; (Rus dili arzu olunandır);
  • Kompyuter və ofis proqramlarından istifadə etmək bacarığı (Word, Excel, PPT);
  • Şəxsi keyfiyyətlər: Nəticə yönümlü olub satış sahəsində inkişaf məqsədli olmaq. Komandada işləmək və sərbəst qərar vermək bacarığı. Dürüst, nizam-intizamlı, məsuliyyətli, aktiv və məsuliyyətli olmaq);
  • İşguzar səfərlərə hazır olmaq;
  • İngilis dili bilikləri əlavə üstünlükdür.

Şərtlər:

  • Tibbi və estetik avadanlıqların qlobal bazarında lider mövqe tutan şirkətdə işləmək imkanı;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma; 
  • Sınaq müddəti - 3 ay;
  • Telefon danışıq və nəqliyyat xərclərinin şirkət tərəfindən ödənişi;
  • Cihazlar haqqında təlim şirkət tərəfindən həyata keçirilir;
  • Əmək haqqı 800-1000 AZN + Satışdan bonuslar; (Əmək haqqı namizədə görə dəyişə bilər).
  • İş qrafiki: həftədə 5 gün 09:00-18:00;

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini  [email protected] mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Estetik Tibb cihazlarının satışı üzrə menecer”  qeyd etmələri xahiş olunur.