İşin təsviri
Vəzifə öhdəlikləri:
- Regionlarda yerləşən müəssisələrdə və baş ofisin struktur bölmələrində daxili nəzarətin həyata keçirilməsi;
- Cəmiyyətin mövcud siyasət və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirilməsi;
- Cəmiyyətin fəaliyyətinin daxili qayda və siyasətlərin tələblərinə uyğunluğunu və yayınmalarını qiymətləndirilməsi;
- Daxili tədqiqatların aparılması: Daxili qayda və siyasətlərin pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
- Baş verən daxili qayda və siyasətlərin pozuntularının aradan qaldırılması üçün təkliflərin irəli sürülməsi;
- Daxili qayda və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır;
- Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir;
- Nöqsanların aradan qaldırılması istiqamətində tədbir görür;
- Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyə təkliflər verir.
Tələblər:
- Ali təhsil (Statistika, Riyaziyyat, Ekonometrika, Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsi üzrə);
- Analoji sahədə ən azı 1 il iş təcrübəsi;
- MS Office (Word, Excel) və 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
- Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilmək arzuolunandır;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Analitik təhlil etmə qabiliyyəti;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi [email protected] “Daxili nəzarət üzrə mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.