İşin təsviri
Tələblər:
- İnformasiya texnologiyaları və ya digər texniki ixtisalar üzrə ən azı ali bakalavr dərəcəli təhsili.
- Dünyanın aparıcı telekommunikasiya avadnlıqları istehsalçılarının (Cisco, Aruba və s.) sertifikatlarına malik olanlara üstünlük verilir.
- Sales engineer, Presales manager , Solution Architect və s. vəzifələrdə iş təcrübəsinə malik olanlara üstünlük verilir.
Təcrübə:
- Şəbəkə və şəbəkə təhlükəsizliyi həlləri sahəsində ən azı 5 illik təcrübə
- Şəbəkələrin dizaynı və tətbiqi sahəsində təcrübə
Bilik və bacarıqlar:
- Müasir şəbəkə infrastrukturlarının struktur və komponentlərini, eyni zamanda funksional təyinatlarını başa düşərək izah etməyi bacarmaq.
- IP şəbəkələri və şəbəkə infratrukturunun dizayn prinsiplərini bilmək.
- Klassik şəbəkə protokolları və SDN (Software Defined Network) texnologiyası haqqında məlumatlı olmaq.
- Şəbəkə təhlükəsizliyi avadanlıqlarını (NGFW, IPS, WAF və s.) tanımaq, fərqləndirə bilmək və konfiqurasiya etməyi bacarmaq.
- Müştərinin problemlərini analiz edərək başa düşmək.
- Təklif ediləcək həllin biznes nəticələrini anlamaq və bunu müştəriyə izah edə bilmək.
- Təqdimat hazırlamağı bacarma və bunu müştəriyə təqdim etməyi bacarmaq.
- Təklif olunacaq həllin vizuallaşdırılmasını və HLD (High level design) çəkməyi bacarmaq.
- Kritik sistemləri təhlil etmək və sistemlərin təkmilləşdirilməsi üçün təkliflər vermək bacarığı.
- Həll sənədlərinin və təqdimatların hazırlanmasında təcrübəli.
- Microsoft Power Point və Visio proqramlarında işləyə bilmək.
- Ünsiyyətcil olmaq.
- Müştəri ilə pozitiv ünsiyyət qurmağı bacarmaq.
- Təhlil etmək və problem həll etmək bacarığı.
- Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq
- Komandada işləmək bacarığı.
- Daim öz üzərində işləmək bacarığı.
- Azərbaycan, ingilis və rus dillərində danışmaq və yazmaq.
- Daxili və beynəlxalq səyahətlər üçün ezam olunmağa hazır olmaq.
Əmək haqqı namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətlərindən asılı olaraq razılaşma yolu ilə müəyyən olunacaq.
Xahiş edirəm, namizədlər CV-lərini e-mail ünvanına e-mail-in başlıq (Subject) hissəsində “Şəbəkə həllər üzrə Presales mеnecer” yazaraq [email protected] göndərsinlər.