Dizayner

  • ATA PACK MMC
  • Elanın qoyulma tarixi: 05.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Müştərilərdən dizaynların qəbul olunması və ya məhsulun dizayn tərtibatının edilməsi, çapa hazır olan dizaynların təsdiqə göndərilməsi
  • Flexo və offset məhsullarının dizaynı, montajı və çapa göndərilməsi
  • Klişelərin hazırlanmasının təşkili
  • Kəsim bıçaqlarının hazırlanmasının təşkili
  • Çapa hazırlıq mərhələsi və çap texnologiyaları üzrə biliklər
  • Dizayn və çap işinə aid mövcud standartlar, texniki şərtlər və tərtibat metodları üzrə biliklər
  • Müştərilərlə işləmək bacarığı
  • Sosial media üçün (instagram) postların hazırlanması.

ATA PACK komandasına qoşularaq nə əldə edəcəksiniz:

  • Peşəkar, mehriban komandada iş
  • Etibarlı şirkətdə karyera qurmaq imkanları
  • İş perspektivi və maaş artımı
  • Nahar yeməyi, servis xidməti və rabitə xərcləri şirkət tərəfindən həyata keçirilir
  • İş qrafiki 6/1, 09:00-dan 18:00-dək
  • Əmək haqqı-müsahibə əsasında iddiaçının peşəkarlığına uyğun olaraq təyin ediləcəkdir.    

Namizədə tələblər:

  • Poliqrafya sahəsində minumum 1 il iş təcürbəsi
  • Poliqrafiya və çap məhsullarının dizaynların hazırlanması
  • Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı
  • Texniki biliklərin olması üstünlükdür
  • Adobe (Photoshop, İllustrator, İndesign) və Corel Draw proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
  • Kreativ və yaradıcı yanaşma
  • Məsuliyyətli, ünsiyyətcil, dinamik və komandada işləmə bacarığı

Maraqlanan şəxslər CV və portfoliolarını [email protected] göndərə bilərlər.Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır