Kassa bölməsinin kiçik eksperti (Yeni Gəncə filialı)

  • Bank of Baku
  • Elanın qoyulma tarixi: 02.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi və saxlanılması üzrə əməliyyatların həyata keçirilməsi
  • Mədaxil və məxaric sənədlərinin yoxlanılması
  • Əməliyyatların bankın əməliyyat proqramında əks etdirilməsi
  • Bankomatların və ödəniş terminallarının inkassasiyasının həyata keçirilməsi

Tələblər:

  • Ali iqtisadi təhsil
  • Əla Azərbaycan dili bilikləri (Rus dili arzuolunandır)
  • MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
  • Böyükhəcmli rəqəmli məlumatlarla işləmək bacarığı
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmaq

İş yeri: Gəncə şəhəri

İş vaxtı: 5 iş günü, 09:00-18:00

Müraciət qaydası:

Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura  və ya CV-ləri  subject bölməsində Kassa üzrə kiçik ekspert – Gəncə qeyd etməklə mail ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi