Proqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə mütəxəssis

  • eManat
  • Elanın qoyulma tarixi: 02.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Web və mobil tətbiqlərin manual və avtomatlaşdırılmış testi;
  • Ödəmə sisteminə qoşulan xidmətlərin funksionallığının testi;
  • Yeni və mövcud məhsullar üçün test proseslərinin hazırlanıb tətbiq olunması;
  • Texniki işlərin sənədləşməsi;
  • Avtomatlaşdırılmış test skriptlərin hazırlanması və nəticələrin yoxlanması;
  • Ödənişlərdə yaranan problemlərin araşdırılması, qarşılarının alınması üçün tədbirlərin görülməsi;
  • Məhsulların analizi, keyfiyyətin yoxlanması və xətaların aradan qaldırılması üçün tədbirlərin görülməsi;
  • Keyfiyyəti təmin edən göstəricilərin izlənilməsi.

Tələblər:

  • Ali təhsil
  • Alqoritmik və analitik düşünmə qabiliyyəti
  • Orta səviyyədə proqramlaşdırma bilikləri (C#, Java, Python dillərindən biri üzrə)
  • Təməl SQL bilikləri
  • REST, HTTP, API, XML, JSON anlayışlarına hakim olma
  • Task management sistemləri ilə tanışlıq (Trello/Jira)
  • Mobile Automation Testing anlayışı (Selenium, Appium)
  • Texniki səviyyədə ingilis dili biliyi

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi; 

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Proqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə mütəxəssis” yazılmalıdır.

İşəgötürənin reytinqi