Sənədli əməliyyatlar şöbəsinin mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 02.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Sifariş olunan qarantiya və akkreditiv üzrə alqı satqı müqaviləsinin yoxlanılması;
  • Qarantiya məktublarının müştərinin sifarişi əsasında hazırlanması; 
  • Akkreditivlərin draft formasının hazırlanması və (tələb olunarsa) benefisiarla razılaşdırılması;
  • Müştərilərə qarantiya və akkreditivlər üzrə konsultasiya verilməsi;
  • Sifariş olunan əməliyyat üzrə (təsdiqli olduğu halda) MİŞ-in ekspertinə Bankın xərcləri haqda məlumatın verilməsi;
  • SWIFT sistemində qarantiya və akkreditivlərin yığılması;
  • Qarantiya və akkreditivlər üzrə xarici təşkilatlar ilə danışıqların aparılması və bu təşkilatların təsdiqinin təmin edilməsi;
  • Qarantiya və akkreditivlər üzrə müvafiq əməliyyatların BƏS-də aparılması; 
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra edir;
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Tələblər:

  • Ali Təhsil;
  • Lazımi tapşırıqları dəqiq və vaxtında şöbənin rəhbərinə və digər səlahiyyətli şəxslərə çatdırmaq bacarığına malik olmaq;
  • Analitik düşüncə qabiliyyətinə malik olmaq;
  • Bankın fəaliyyətində istifadə edəcəyi informasiya texnologiyalarına dair proqramları (Microsoft Office Excel/Word və sair) bilmək;
  • Kredit əməliyyatlarla birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara malik olmaq;
  • İngilis dilində səlis danışıq və yazı bacarığı;
  • Sənədli əməliyyatlarla birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara malik olmaq.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

 

https://hr.kapitalbank.az/

İşəgötürənin reytinqi