Məhsul yaratma və inkişafı üzrə aparıcı mütəxəssis (Qida və qeyri-qida üzrə Şəxsi Marka)

  • Elanın qoyulma tarixi: 30.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri

İş təcrübəsi: Müvafiq sahədə 2-5 il iş təcrübəsi 

Təhsil: Ali (Kimya mühəndisliyi yönümlü)

İşin Təsviri: Müvafiq kateqoriyalara uyğun olaraq yeni şəxsi marka  məhsulların yaradılması, yeni məhsul çeşidlərinin yaradılması, mövcud şəxsi marka məhsullarının inkişafı, kateqoriyaların təhlili, məhsul tələbinin formalaşdırılması, rəqiblərin təhlili və yeni məhsul resepturalarının formalaşdırılması

Vəzifə öhdəlikləri: 

  • Kateqoriyaya uyğun olaraq rəqibləri və kateqoriyanı təhlil etmək;
  • Marketing tələblərinə uyğun olaraq məhsul ehtiyac və tələbini formalaşdırmaq;
  • Ehtiyac və tələb əsasında yeni məhsul xüsusiyyətlərini müəyyən etmək
  • Alternativ istehsalçıların araşdırması və  nümunə təmin etmək;
  • Nümunələrin laborator analizlərini etmək və rəqiblərlə qarşılaşdırmaq
  • Məhsulların bazar araşdırmasını və dadımlarını təşkil etmək
  • Məhsul spesifikasiyalarını uyğunlaşdırmaq
  • Etiket yazılarını və barkodlarını uyğunlaşdırmaq
  • Məhsul tərkib və qablaşdırmasını uyğunlaşdırmaq
  • Yeni resepturalar müəyyən etmək
  • Mövcud şəxsi marka məhsullarının inkişafını təmin etmək

Tələblər:

  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • MS Office komputer proqramından (xüsusilə Excel) sərbəst istifadə etmək bacarığı

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Məhsul yaratma və inkişafı üzrə aparıcı mütəxəssis (Qida və qeyri-qida) yazmaqla müraciət edilir.