Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Əməliyyat risklərinin səviyyəsinin təhlil edilməsi, qiymətləndirilməsi, risklərin minimallaşdırılması üzrə tədbirlər, bankdaxili limitlər üzrə şöbə müdiri və departament direktoruna təkliflərin verilməsi və onların icrasına nəzarət edilməsi;
  • Biznes proseslərin əməliyyat riskləri nöqteyi nəzərindən qiymətləndirilməsi və stress testlərin aparılması;
  • Əməliyyat riskləri yarada biləcək orta və yüksək riskli biznes proseslərin təhlili və qiymətləndirilməsində iştirak;
  • Risk kataloqunun hazırlanması və tədbirlər planının icrasına nəzarət;
  • Risk və insidentlərin idarə edilməsi prosesi çərçivəsində  risk və  insident barədə ətraflı məlumatın müvafiq sistemə daxil edilməsi və həll olunmasının təşkil edilməsi;
  • Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə bankdaxili təlimat və qaydaların hazırlanması, mütəmadi olaraq yenilənməsi;
  • Bankın bütün struktur bölmələrinə əməliyyat risklərinin idarə edilməsi ilə bağlı işlərdə öz vəzifələri çərçivəsində və Bankın qüvvədə olan metodologiyası və qaydalarına uyğun metodik dəstəyin göstərilməsi;
  • Kredit sahəsi istisna olmaqla bütün bankdaxili normativ sənədlərin və yeni bank məhsullarının idarə etdiyi risklərin mənbəyi və təsiri baxımından qiymətləndirilməsi;
  • Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə riskləri minimallaşdırmaq üçün bankın əməkdaşlarına treninqlərin təşkil edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali iqtisadi təhsil;
  • Əməliyyat sahəsi üzrə minimum 2 il iş təcrübəsi arzuolunandır. Həmçinin bankdaxili digər sahələr üzrə çalışan şəxslərin namizədliyi də dəyərləndirilə bilər. 
  • Risklərin idarə edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunları;
  • MS Office (Word, Excel, Outlook, PowerPoint) proqramları üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dilləri yaxşı səviyyədə arzuolunandır.
  • Təşəbbüskarlıq və novatorluq;
  • Analitik təhliletmə və proqnoz vermək qabiliyyəti.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 7 dekabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi