Planlama üzrə mütəxəssis

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 30.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas tələblər:

  • Ali təhsilli olmalı (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
  • Planlama üzrə minimum 1 illik təcrübəyə sahib olmalı;
  • MS Excel proqramını yaxşı səviyyədə bilməli;
  • Analitik düşünmə qabiliyyətinə sahib olmalıdır.

Vəzifə təlimatı:

  • Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik,aylıq və ya illik olmaqla istehsal planlamasını hazırlamalı;
  • Planlanan məhsulun zamanında istehsala daxil olması üçün səy göstərməli,
  • Əldə olan və yeni təmin edilən məhsulu stokda saxlayaraq doğru şəkildə paylanmasını həyata keçirtməli; 
  • Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq məhsulları müəyyən edərək bağlı olduğu rəhbərə bildirməli; 
  • İstehsal olunmuş məhsulun stokunu təqib etməli və stokda əksilən məhsulların istehsal planını verməli;
  • Kənardan alınan məhsulların müddətinə və istehsal həcminə görə stoku formalaşdırmalı;
  • İstehsal proqramında olmayan, lakin təcili istehsal olunması lazım olan məhsulların istehsalını həyata keçirilməsi üçün səy göstərməli;
  • Xüsusi kampaniyalar zamanı istehsal olunan məhsulların siyahısını hazırlayıb bağlı olduğu rəhbərinə təqdim etməlidir.

Əlavə məlumat:

  • Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
  • Email-in mövzu hissəsində “Planlama üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi