Məlumat bazası şöbəsinin baş mütəxəssisi - SQL&Bİ proqramçı

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 29.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Daxil olmuş tapşırığın analizi və uyğun həll yolunun tapılmasında iştirak etmək.
  • DWH arxitekturasına nəzarət, hesabatların tərtib edilməsi üçün məlumat bazasının arxitekturasını yenilənməsi,əlavə tələblərin DWH da hazırlanması (Table, view , job, trigger və s.)
  • Məlumatların müxtəlif sistemlərdən Hesabatlıq sisteminə transfer olunması üçün ETL prosedurlarının yaradılması və dəstəklənməsi
  • Məlumatların periodik yüklənməsi üçün JOB, Trigger, prosedur və funksiyaların yaradılması və işinə nəzarət etmək. Gündəlik raportları rəhbərə təqdim etmək
  • Yeni hesabatların yaradırlması və mövcud hesabatlarda dəyişikliklər tətbiq etmək
  • SQL və T-SQL skriptlərin, funksiyaların yazılması, test edilməsi
  • MS SSRS və Power BI Serverin tətbiqi və iş prosesinin qurulması və nəzarət edilməsi
  • Tələblərə uyğun olaraq test planlarının və senarilərin hazırlanması / nəzərdən keçirilməsi;
  • Verilənlər bazası təsirləri, səhvlər və ya istifadəyə dair test nəticələrinin təhlili.
  • Biznes tələbinə uyğun olaraq yeni həllərin verilməsi, mövcud DWH strukturun dayanıqlığının təmin edilməsi

Namizədə olan tələblər:

  • İş təcrübəsi: İnformasiya texnologiyaları sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İnformasiya texnologiyaları, riyaziyyat, kibernetika sahələri üzrə ali təhsil əsas üstünlükdür
  • Dil bilikləri: Azərbaycan dili: əla , İngilis dili: orta , Rus dili: orta
  • Üstünlüklər: Avtomatlaşdırılmış test monitorinq sistemlərindən istifadə təcrübəsinin olması , Oracle, Pyton, R proqram dili biliklərinin olması
  • Kompüter bilikləri: PowerBI: orta , MS Excel:orta , MSSQL(T-SQL): əla, SSRS: əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, dəyişikliklərə uyğunlaşma

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası: Namizədlər müraciət et bölməsindəki keçiddən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

https://pasha-life.az/about?lang=az#career

İşəgötürənin reytinqi