Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 28.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Müvafiq sığorta məhsullarının hazırlanmasında iştirak etmək;
  • Verilən tapşırıqları operativ və keyfiyyətli icra etmək
  • Cari risklərin anderraytinqini həyata keçirmək, riskləri seçmək;
  • Təkrarsığortaçının ödənişlərinin tənzimlənməsi və nəzarəti;
  • Təkrarsığorta hesabatlarını hazırlamaq;
  • Təkliflər hazırlamaq, şəhadətnamə formalarınının tərtib edilməsində iştirak etmək;
  • Müvafiq sığorta məhsulları üzrə sənədləşdirmə və elektron bazaların hazırlanması və təkmilləşdirilməsi sahəsində zəruri işlər görmək;
  • Müvafiq sığorta məhsulları üzrə risklərin təkrarsığortalanmasını təmin etmək;
  • Müştəriləri tibbi müayinəyə yönləndirmək, klinikalarla mütəmadi olaraq əlaqə saxlamaq, tibbi müayinə nəticələrini vaxtında klinikalardan almaq;
  • Satış strukturunun əməkdaşları tərəfindən daxil olan sorğuları cavablandırmaq.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Anderraytinq sahəsi üzrə 1 ilədək iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İqtisadiyyat və maliyyə sahələri üzrə bakalavr dərəcəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta
  • Üstünlüklər: Analitik və tətqiqat bacarıqları, beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi və ya iştirak etməsi.
  • Kompüter bilikləri: MS Word: orta , MS Excel: əla, MS Power Point: orta, MS Outlook: orta
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61

Vakansiya üçün müraciət qaydası: Namizədlər müraciət bölməsindəki keçiddən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

https://pasha-life.az/about?lang=az#career

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi