İşin təsviri
Vəzifə öhdəlikləri:
- ·Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul edir;
- ·Ödənilən vəsaitləri yoxlayır və tələb olunan qaydada əməliyyatı həyata keçirir;
- ·Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib edir;
- ·Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin edir;
- ·Müştərilərin suallarını dinləyir, səlahiyyəti çərçivəsində cavablandırır və ya aidiyyatı üzrə yönəldir;
Tələblər:
- Ali təhsil;
- Xəzinədar vəzifəsində iş təcrübəsi arzu olunandır;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
- Microsoft Office programları üzrə biliklərə malik olmalı;
- İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
İş şəraiti:
- Rəqabət qabiliyyətli əmək haqqı
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- İş yeri: Sumqayıt
- Karyera yüksəlişi imkanı;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Xəzinədar ( Sumqayıt filialı)” yazaraq göndərmələri xahiş olunur.